Ölkə

Balaken rayonuna 2 milyon manat ayrılıb

Balaken - Sarıbulaq - Qabaqçöl - Xalatala avtomobil yolu 15 yaşayış menteqesini birleşdirecek.

· Xəbərçi
Balaken rayonuna 2 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzərTac-ın məlumatına görə, 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Şərhlər