Bakıya gələn qonağı yol polisi şoka saldı
10 İyun 2013 Bazar Ertəsi 07:47
Necə ola bilər ki, Rusiyada saxta deyildi, burada saxta çıxdı?
Bakı şəhərinə Rusiyadan gəlmiş qonaq sürücü ağlına gətirmədiyi problemlə üzləşib. Milli.az-a müraciət edən Babək adlı şəxs Bakıda Rusiyada aldığı sürücülük vəsiqəsilə avtomobil idarə etdiyi zaman yol polisi tərəfindən saxlanılıb. Polis onun sürücülük vəsiqəsini alaraq saxta olduğunu bildirib.

“Rusiyada həmişə eyni sürücülük vəsiqəsi ilə maşın sürmüşəm. Hətta Bakıda da yol polisi saxlayaraq bir neçə dəfə radara düşdüyümə görə cərimələyib. Hazırda məsələ Bakı Şəhər Yol Polis İdarəsinin şöbəsində araşdırılır. Bildirildi ki, sürücülük vəsiqəsi ekspertizaya göndəriləcək. Başa düşmürəm, necə ola bilər ki, Rusiyada saxta deyildi, burada saxta çıxdı?“ - deyə müraciətdə deyilir.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, belə bir halın olması mümkündür. Bölmə rəisinin sözlərinə görə, hər halda, vətəndaşın Rusiyada alınmış sürücülük vəsiqəsini Azərbaycan dilinə çevirməmiş avtomobil idarə etməsi düzgün deyil.

V.Əsədov qeyd edib ki, yol polisinin Rusiyada alınmış sürücülük vəsiqəsinin saxta olmasını vətəndaşa elan etməsində, ola bilsin, həqiqət var. Ona görə də araşdırılması üçün polis idarəsinə dəvət olunub. Vəsiqə saxta olarsa, həmin şəxs barəsində cinayət işi açılacaq və prokurorluğa göndəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar