Dekabrın 25-26-da Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrində içməli su müəyyən fasilələrlə veriləcək.
"Azərsu" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fasilələr Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə "+110 Şərq" su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bakının bəzi rayonlarında iki gün su olmayacaq
ASC yeni paylayıcı kollektoru şəbəkəyə qoşacaq.




Şərhlər