Bakının 4 rayonunda su olmayacaq
05 Aprel 2013 Cümə 16:41
Buna səbəb su anbarlarında, magistral və paylayıcı xətlərdə əsaslı yenidənqurma işlərinin aparılmasıdır.
Bakının 4 rayonunda su olmayacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətininin Mətbuat xidməti şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yay mövsümünə hazırlıq məqsədilə su anbarlarında, magistral və paylayıcı xətlərdə əsaslı yenidənqurma, təmir və profilaktika işləri aparılır.

Yay aylarında Bakı şəhəri və onun qəsəbələrinin, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr dəyişdirilir, nasosxanaların istismar vəziyyətinə nəzarət olunur. Bu işlər çərçivəsində “+ 110 Şərq” su anbarında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir.

Bununla əlaqədar qarşıdakı günlərdə Bakının Sabunçu, Suraxanı, Nizami və Xətai rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Bununla əlaqədar “Azərsu” ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etməyi və israfçılığa yol verməməyi tövsiyə edir, yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar