Ölkə

Bakıdan iki aviareysin uçuşu yubanır

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

· Xəbərçi
Bakıdan iki aviareysin uçuşu yubanır
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan aviareysinin reallaşması yubanır. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Aeroportdan deyildiyi kimi, təyyarə cədvələ uyğun olaraq yerli vaxtla saat 9:00-da uçmalı idi. Lakin hava şəraiti ilə əlaqədar o, saat 11:00-dək təxirə salınıb.

Hava şəraiti ilə əlaqədar yerli vaxtla saat 10:10-da havaya qalxmalı olan Bakı-Tbilisi aviareysi də yubanır. “Tbilisi reysi də ləngiyir, onun bu gün saat 13:00-da reallaşdırılması planlaşdırılır”, - aeroportdan bildirilib.

Şərhlər