Ölkə

Bakıda yeni prospekt salınacaq

Yeni prospektin tikintisinin ilin sonuna qədər başlanacağı gözlənilir.

· Xəbərçi
Bakıda yeni prospekt salınacaq
Heydər Əliyev prospektinə paralel salınacaq yeni yolun inşasına ilin sonuna qədər başlanacaq. Hazırda isə tikinti ilə bağlı söküləcək yaşayış və qeyri yaşayış binalarının siyahısı hazırlanır.

Yolun ilkin layihəsi artıq hazırlanıb və müzakirəyə təqdim edilib. Başlanğıcını Həsən Əliyev prospektinin sonundan götürəcək yeni prospekt Koroğlu metrostaniyasına qədər uzanacaq. Ziya Bünyadov və Heydər Əliyev prospektinə paralel salınacaq yolun uzunluğu təxminən 7 kilometr olacaq. Yolda 6 hərəkət zolağı planlaşdırılır.

Yeni prospektin tikintisinin 2015-ci il Avropa oyunlarına qədər başa çatacağı gözlənilir.

Şərhlər