Bakıda yeni piyada keçidi
15 İyul 2014 Çərşənbə Axşamı 16:37
Daha bir yerüstü piyada keçidinin inşası başa çatdırılıb.
Bakıda daha bir yerüstü piyada keçidinin inşası başa çatdırılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev ANS PRESS-ə bildirib ki, paytaxtın Ziya Bünyadov prospektindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında inşa olunan yerüstü keçidin tikintisi işləri başa çatdırılıb.

P.Mürsəliyev qeyd edib ki, hazırda keçiddə son tamamlanma işləri həyat keçirilir: "Keçidin uzunluğu 60 m, eni 3 m, yerdən hündürlüyü 6 m-dir. 2 giriş-çıxışdan ibarət olan keçiddə izləyici kameralar, havalandırma sisitemi, xidmət otaqları nəzərdə tutulub".


DOSTLARINLA PAYLAŞ:

oyunlar