Bakıda tıxac
07 İyun 2013 Cümə 11:06
Tıxaca səbəb paytaxtın Tbilisi prospektində İnqilab küçəsi kəsişməsindən İzmir küçəsi kəsişməsinədək yeni asfalt örtüyünün çəkilməsidir.
Bakı-Sumqayıt yolunda artıq iki saatdan çoxdur ki, tıxac yaranıb. Hazırda tıxacda qalan sürücülərin “Qafqazinfo”ya bildirdiklərinə görə, onlar evdən saat səkkizdə çıxıblar: "Hazırda saat 11-dir, amm biz hələ də tıxacdayıq. Tıxac Xırdalan qəbirstanlığından “Avropa” otelinə qədər davam edir".

Hazırda 20 yanvar metrosu yaxınlığındakı körpüdə avtomobillərin hərəkəti tamamilə məhdudlaşıb. Yaranan vəziyyətdən şikayət edən sürücülər həm mənzil başına vaxtında çata bilmədiklərini, həm də benzinin israfı kimi dəyərləndiriblər.

Qeyd edək ki, tıxaca səbəb paytaxtın Tbilisi prospektində İnqilab küçəsi kəsişməsindən İzmir küçəsi kəsişməsinədək yeni asfalt örtüyünün çəkilməsidir. Buna görə də yolun bir hissəsi təmirə bağlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın "20 yanvar" dairəsindən şəhər istiqamətində yolun sağ hərəkət istiqaməti üzrə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün bildirilir ki, Sumqayıt istiqamətindən şəhərə hərəkət edərkən avtovağzalın inzibati binası yanından üçüncü kəmər dairəvi yol ilə Badamdar qəsəbəsi və digər istiqamətlər üzrə, yaxud paytaxtın Tbilisi prospektindən Nəqliyyat Nazirliyinin inzibatı binası yanından kəsişdiyi hissədən Qəbələ meydanı, Həsənbəy Zərdabi küçəsi kəsişməsindən Yasamal və digər istiqamətlərə, həmçinin Şəfaət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Yasamal və digər istiqamətlərə alternativ yol kimi istifadə edilməsi məsləhət görülür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar