Bakıda sürüşdürülən bina çat verib
06 May 2013 Bazar Ertəsi 21:59
Şəkillərdən də binadakı çatlar açıq aydın görünür.
Füzuli küçəsi 39 ünvanında sürüşdürlən tarixi bina çat verib. ANS PRESS-in Həftə içi qəzetinə istinadən yaydığı məlumata görə, bu barədə mətbuata binanın sakinləri məlumat veriblər.

Sakinlər deyirlər ki, sentyabrda öz mənzillərinə qayıdacaqları planlaşdırılsa da, yaranan problem onları narahat edir. Hadisə yerində olan qəzetin əməkdaşı mühafizəçinin gözündən yayınaraq binaya daxil olub və bir neçə şəkil çəkib.

Şəkillərdən də binadakı çatlar açıq aydın görünür. Çatlar əsasən binanın sürüşdürmək üçün istifıadə edilən konstruksiyaların birləşdiyi yerdə əmələ gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar