Bakıda 450 000 senedsiz tikinti var
24 İyul 2013 Çərşənbə 19:18
Bakı şeherinde 450 min senedsiz tikili mövcuddur.
Bunu ANS PRESS TV-nin qonağı olan hüquqşunas Mehman Muradlı bildirib. Ekspert sənədsiz fərdi evlərlə bağlı fəsadlardan danışıb. O, bildirib ki, bələdiyyələr yaranana kimi icra hakimiyyətləri tərəfindən torpaq sahələri ayrılırdı ki, üç ilə kim ev tikə bilərdilər: "Təəssüf ki, hardasa 10 il ərzində vətəndaşların heç biri mülkiyyəti öz adlarına rəsmləşdirməyiblər".
Hüquqşunasa görə, 2000-ci ildən sonra isə bələdiyyələrin torpaq satışına girməsi əlavə problem yaratdı :"Bu gün qeydiyyatın ünvanı reyestr xidməti olsa da burda ciddi korrupsiya faktlarının olması fəaliyyətə kölgə salır".
Təxminən, 3 mln kv m ümumi yaşayış sahəsinin 35 faizinin qeydiyyatsız olduğunu deyən M. Muradlının fikrincə, əmlak mülki dövriyyədə iştirak edən amil olduğu üçü onu aktiv kaspitala çevrilməsində bütün tərəflər maraqlı olmalıdır: "Dövlətin vergi alması üçün, vətəndaşın da kredit götürməsi üçün əmlakın qeydiyyatı vacibdir".
Qeydiyyatsız tikililərlə bağlı 10 ildir ki, Dünya Bankı ilə Azərbaycan hökümətinin əməkdaşlıq etdiyini deyən ekspert bunun real nəticəsinin olmadığını bildirib. Qanunsuz yaşayış müddətinin 30 il müəyyənləşdiyini deyən M. Muradlı yeni bu müddətin 2000-ci il 1 sentyabrdan hesablandığını bildirib. Ev tikintisi üçün prosedurun təxminən 14-ə yaxın instansiyaya dayandığını ciddi problem hesab edən hüquqşnas bunun üçün konsaltinq şirkətlərinə müraciət etməyi daha normal sayır.
DOSTLARINLA PAYLAŞ: