Bakıda qurbanlıq heyvan satışı təşkil ediləcək
27 Sentyabr 2013 Cümə 17:42
Bayram günlərində əhaliyə ucuz qurbanlıq heyvanlar təklif ediləcək.
Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə daha ucuz heyvanların satışı təşkil ediləcək. ANS PRESS-in İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, bu satışları nazirlik Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirəcək. Satış məntəqələrində heyvandarlıqla məşğul olan sahibkarlar bayram günlərində əhaliyə ucuz qurbanlıq heyvanlar təklif edəcək.

Satış məntəqələri Bakı şəhərində və Bakıətrafı qəsəbələrdəki bazarlarda olacaq və satış məntəqələrin ünvanları barədə əlavə məlumat daha sonra veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar