Bakıda mərkəzi hissəsi avtomobillərin hərəkəti üçün açıldı
Təmir işləri başa çatdırıldığından yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Bakının mərkəzində təmir işləri aparılan küçədə avtomobillərin hərəkəti bərpa olunub. ANS PRESS-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Məhəmməd Füzuli küçəsinin Bül-Bül prospektindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri başa çatdırıldığından yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.




Şərhlər