Ölkə

Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik çıxdı

Saxlanılan şəxsdən 19 kiloqrama yaxın tiryək götürülüb.

· Xəbərçi
Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik çıxdı
Bakı şəhərində külli miqdarda tiryək aşkar edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Göytəpə şəhər sakini Mirməmməd Həsənovdan 5 kiloqram 15 qram tiryək götürülüb. M.Həsənovun həyətyanı sahəsinə baxış zamanı 13 kiloqram 310 qram tiryək və 1 kiloqram 710 qram həşiş aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, M.Həsənov əvvəllər də məhkum həyatı yaşayıb.

Şərhlər