Bakıda hicablı tələbələr dərsə buraxılmadı
02 Aprel 2013 Çərşənbə Axşamı 19:02
Tələbələr Azərbaycan Dövlət Neft Akademiyası rəhbərliyinin əmri ilə universitetə buraxılmadığını deyib.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təhsil alan hicablı tələbələr bu gündən etibarən rəsmi olaraq universitetə buraxılmayıb.
ANS PRESS-in faktxeber.com saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə yollanan müxbirlərimiz təhsil ocağında problemlə üzləşəyən inanclı tələbələrin şikayətlərini lentə alıb. Sayları 10-a yaxın olan tələbələr ADNA rəhbərliyinin əmri ilə universitetə buraxılmadığını deyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasında təhsildən hicablı olduqları üçün məhrum edilən tələbələr bütün kurslarda oxuyurlar. Tələbə Əmrahova Gülnarın sözlərinə görə, onların təhsildən məhrum edilməsinin heç bir qanuni əsası yoxdur və bu qərar qəbuledilməzdir. “Hicablı olduğumuz üçün bizi universitetə buraxmırlar. Bunu isə 2011-ci ildə imzalanan daxili inizamnamə ilə əlaqələndirirlər. Fikrimcə, hər hansı təhsil ocağında ölkə konstitusiyasına zidd nizamnamə qəbul ola bilməz.

Konstitusiyada bizim təhsil hüququmuz və dini etiqad azadlığımız var. Bu, tamamilə bizim hüquqlarımızın pozulması deməkdir. Niyə 2-ci, 3-cü və dördüncü kursda oxuyan tələbələr təhsildən məhrum olsunlar. Axı bizdə təhsil almaq istəyirik. Nə üçün bizi hicabımızı açmağa məcbur edirlər”, - deyə hicablı tələbə əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar