Bakıda dənizkənarı avtomobil yolu çəkilir
11 Sentyabr 2013 Çərşənbə 12:01
Çünki, hazırda yolun çəkilişi zamanı əsas problem kommunikasiya xətlərinin köçürülməsidi.
Bakının Xətai rayonunda, Nobel prospektinin yanında genişmiqyaslı yol tikintisi işləri həyata keçirilir. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yol 8 zolaqdan ibarət olacaq. Layihəyə əsasən, yolun uzunluğu 2 km, eni isə 45 metr olmalıdır.

Hazırda ərazidən keçən kommunikasiya xətlərinin köçürülməsi prosesi gedir. Bu xətlərin köçürülməsi prosesi tam yekunlaşandan sonra, yolun nə zaman istifadəyə veriləcəyi gün məlum olacaq. Çünki, hazırda yolun çəkilişi zamanı əsas problem kommunikasiya xətlərinin köçürülməsidi.





DOSTLARINLA PAYLAŞ:

oyunlar