Bakıda daha bir mütəşəkkil dəstə zərərsizləşdirildi
14 Avqust 2012 Çərşənbə Axşamı 17:37
Bakıda mənzil və obyektləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
 Bu barədə “OLAYLAR”a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, avqustun 11-də Bakıda mənzilləri qarət etməkdə təqsirləndirilən Samir Həsənzadə həbs edilib. Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulan Samir Həsənzadənin ətrafında aparılan  əməliyyat tədbirləri nəticəsində onun iyunun 22-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Aydın Tağızadə və Anar Məmmədovla birgə Xəqani Kərimova məxsus mağazadan 580 manat pul, danışıq kartları, tütün məmulatı, iyunun 25-də Sənubər Aslanovanın evindən 5000 manat pul, qızıl əşyaları və iyunun 29-da Viktor Zaxarovun mənzilindən 1 ədəd televizor oğurlamaları da müəyyən edilib. A.Tağızadə və A.Məmmədov tutulublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar