Bakıda bayramqabağı yarmarkalar təşkil olunacaq
20 Dekabr 2012 Cümə Axşamı 13:08
Yarmarkalar 28-31 dekabrda aralığında olacaq.
Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar Bakı əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 28-31 dekabrda Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirlikləri tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının birgə keçirilməsi nəzərdə tutulub.
Yarmarka Bakı şəhərinin 7 rayonunda, 10 ünvanda keçiriləcək. Respublikanın 40-45 kənd rayonlarının fermerləri istehsal etdikləri məhsulları yarmarkalara çıxaracaqlar. Qiymətlər bazar qiymətlərindən orta hesabla 30-40% aşağı təşkil edəcək. Kənd təsərrüfatı nazirinin əmri ilə yaradılmış işçi qrupları yarmarkaların fəaliyyətinə nəzarət edəcəklər.
Yarmarkalar bu ünvanlarda təşkil ediləcək:
Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;
Xətai rayonu
- Bakı kinoteatrının yanı;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;
Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;
- 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi;
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.
DOSTLARINLA PAYLAŞ: