Ölkə

Bakı Sumqayıt yolunda tıxac

Yoldan hərbi texnikaların aparılması nəticəsində hərəkət dayandırılıb.

· Xəbərçi
Bakı Sumqayıt yolunda tıxac
Sumqayıt-Bakı yolu, Sumqayıt dairəsində yolar bağlanıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yolda avtomobillərin hərəkəti tamamilə dayandırılıb. Nəticədə yolda böyük tıxac yaranıb.

Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yolun bağlanmasına səbəb ərazidən hərbi texnikaların daşınmasıdır. Yaxın saatlarda artıq yolda hərəkət bərpa olunacaq.

Şərhlər