Bakı Şamaxı yolunda elektron radarlar quraşdırılacaq
08 İyul 2013 Bazar Ertəsi 07:17
Magistralda həmçinin sürət həddini və havanın temperaturunu göstərən monitorlara rast gəlinəcək.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45-ci kilometrlik hissəsi genişləndirilərək dördzolaqlı olacaq. Nəqliyyat Nazirliyindən bildiriblər ki, adıçəkilən istiqamətdə işlərin böyük hissəsi görülüb.

Layihə üzrə genişləndirilməsi nəzərdə tutulan mövcud yolun uzunluğu 30 kilometrdir və yol ikizolaqlıdan dördzolaqlıya genişləndiriləcək. Ən əsası isə yolda hər bir məlumatların toplandığı elektron monitorlar qurulacaq. Bu monitorlarda sürət həddi, havanın temperaturu göstəriləcək.

Bundan başqa həmin yolda elektron radarlar da qurulacaq. Radarlar avtomobilin sürət həddi ilə yanaşı, iki monitor arasındakı maksimim sürətini də hesablayacaq. Bundan başqa bu yolda müxtəlif yol hərəkəti işarələrinin də elektron formada tətbiq edilməsi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar