Yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək: “Köhnə stansiyalarda platformanın uzunluğu 102 metrdir ki, burada vaqonların sayı 5-dir. Yeni stansiyalarda platformaların uzunluğu 144 metr olacaq ki, burada 7 vaqon olacaq”.
Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq. Təhlükəsizliklər tədbirlərindən biri də, stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb.
Belə ki, metroda ventilyasiya sistemi yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. eskalatorlardan əlavə, liftlər və travilatorlar quraşdırılacaq. Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara, metrodan istifadə üçün rahat şərait yaradılacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.






Şərhlər