Bakı metrosunda qiymetler artacaq?
14 İyun 2013 Cümə 12:23
Bakı metrosunda qiymetler artacaq? Gediş xercleri 55 qepiye başa gelir.
Bakı Metropoliteni öz xərclərini ödəmir və hər il dövlət büdcəsindən dotasiya alır. Bunu “Эхо” qəzetinə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Nəzakət Tanrıverdiyeva bildirib.

“Məlum olduğu kimi, metroda gediş haqqı 20 qəpikdir. Amma gediş xərcləri 55 qəpiyə başa gəlir. Aradakı fərq 35 qəpikdir. Dövlət hər sərnişinə görə metropolitenə 35 qəpik pul ödəyir. Heç bir MDB və qərb ölkəsində metro bu qədər ucuz deyil. Bununla belə, yaxın zamanlarda Bakı metrosunda qiymətlərin qaldırılması nəzərdə tutulmur. Metroda yerləşən ticarət mərkəzlərinə gəlincə isə, bunlar xərclərin yalnız bir qismini ödəyir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar