Metronun “Koroğlu” stansiyasında metropoliten işçilərinin xidməti otağında quraşdırılan kondisionerin motoru bayıra qoyulub. Motorun istisi stansiyaya ötürülür.
Beləliklə, Metropoliten sərnişinlər üçün sərinlik yaratmaq bir yana, əkslinə öz istilərini onlara verirlər.
Məsələ ilə bağlı Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Milli.Az-a açıqlamasında stansiyanın rəhbərliyi ilə danışmağı məsləhət gördü.
Stansiyadan Milli.Az-a bildirildi ki, metro işçiləri bütün sutka ərzində xidmət aparır və buna görə onları anlamaq lazımdır. Havasızlıqda xidmət aparmaq mümkün olmadığından xidməti otaqda kondisioner qoyulub.
Qeyd edildi ki, həmin kondisionerlərin havasını başqa cür çıxarmaq mümkün deyil. Ancaq həmin kondisionerlər bütün gün ərzində yox, istirahət və nahar vaxtları işə salınır.





Şərhlər