Ölkə

Bakı-Kiyev-Bakı reysi ilə uçuş edəcək sərnişinlərə sürpriz

AZAL yeni tarif çərçivəsində bir tərəfli aviabiletin qiyməti 100 avro təşkil edəcək.

· Xəbərçi
Bakı-Kiyev-Bakı reysi ilə uçuş edəcək sərnişinlərə sürpriz
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Kiyev-Bakı istiqamətində ekonom sinfi üçün xüsusi tarif tətbiq edib. AZAL-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yeni tarif çərçivəsində bir tərəfli aviabiletin qiyməti 100 avro təşkil edəcək (vergi və yığımsız).

Xüsusi tarif üzrə aviabiletləri hər iki tərəfə reysin qeydiyyata alınması zamanı əldə etmək olar.

Məlumata görə, xüsusi tarif yalnız ikitərəfli və dönüş tarixi 10 avqust 2012-ci il tarixindən gec olmayan aviabiletlər üçün nəzərdə tutulub.

Şərhlər