Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, həmin estakadada son işlər getsə də, nə vaxt açılacağı məlum deyil. Rəis müavininin sözlərinə görə, əvvəllər "Sadko" restoranı olan estakada yenidən qurulub və uzunluğu əvvəlkindən daha 100 metr də artırılıb. Estakadanın qurtaracağında səkkizguşəli qanadları var və onun mərkəzində restoran olacaq.
Qeyd edək ki, sahildən dənizə doğru estakadanın uzunluğu 555 metr, eni 22 metr, dəniz səviyyəsindən hündürlüyü 2,4 metr və ümumi sahəsi 34673 kv.m olacaq.













Şərhlər