Ölkə

Azercell pulsuz xidmət təklif edir

Mobil operator Azercell öz istifadəçilərinə Twitter mikrobloquna pulsuz giriş xidmətini təqdim edib.

· Xəbərçi
Azercell pulsuz xidmət təklif edir
Azərbaycanın mobil rabitə operatoru olan "Azercell" MMC öz istifadəçilərinə "Twitter" mikrobloquna pulsuz giriş xidmətini təqdim edib. ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yayılan xəbərdə bildirilir.

Məlumatda bildirilir ki, kampaniya 19.04.2013-19.10.2013 tarixləri arasında keçirilir. Xidmətdən yararlanmaq üçün mobile.twitter.com saytına daxil olmaq lazımdır. Xarici linklərə keçid və video yükləmələr ödənişlidir və mövcud tarifin İnternet qiymətinə uyğun hesablanır.

Mikrobloq xidməti mobil qurğuların istifadəçiləri arasında məşhurdur. "Aztwi.com"un məlumatına görə, Azərbaycanda "Twitter" istifadəçilərinin sayı 17 minə çatır.

Şərhlər