Azərbaycanlı olmaq fəxrdir
26 İyul 2014 Şənbə 08:40
Biz bu cür gözəl ölkənin vətəndaşları olmağımızla fəxr edirik.
Bu sözlər Gədəbəy rayonunun rus icmasının rəhbəri Nikolay Bıçkovun AzərTAc-a daxil olmuş məktubunda bildirilir.
İcmanın sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin noyabr ayında Gədəbəy rayonunun Slavyanka kəndinin sakinləri ilə görüşündən söhbət açaraq qeyd edir ki, dövlətimizin başçısı kənd sakinlərini diqqətlə dinləyərək kəndlərin qazlaşdırılması, yeni məktəblər tikilməsi, yeni yollar salınması barədə tapşırıqlar verdi. Bütün bu tapşırıqlar qısa müddətdə yerinə yetirildi.
Məktubda daha sonra bildirilir ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin bu il may ayında Slavyanka kəndində sakinlərlə görüşündə Slavyankada uşaq bağçası tikilməsi barədə xahiş səsləndi. Hazırda kənddə ən müasir tələblər səviyyəsində yeni uşaq bağçasının tikintisi sürətlə həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: