Maksimal sürəti saatda 890 kilometr olan bu hava gəmiləri birbaşa 15 min 742 kilometr məsafə qət edə bilir.
Azərbaycan yeni sərnişin təyyarələri alıb. Bu gün prezident İlham Əliyev yeni alınmış iki AİRBUS A340-500 sərnişin təyyarələrinə baxıb. Maksimal sürəti saatda 890 kilometr olan bu hava gəmiləri birbaşa 15 min 742 kilometr məsafə qət edə bilir. Bu da öz növbəsində uzaqməsafəli uçuşları daha səmərəli həyata keçirməyə imkan yaradır. AİRBUS A340-500 təyyarələri bu gün dünyanın ən nüfuzlu aviaşirkətləri tərəfindən istifadə edilir. 237 yerlik avialayner sərnişinlərin rahatlığını təmin və uçuşları maraqlı təşkil etmək üçün bütün zəruri avadanlıqla təchiz olunub.