Azərbaycan jurnalistikasına ağır itki üz verib. “Qafqazinfo”nun məlumatına görə, tanınmış telejurnalist Zakir Sadatlı bir neçə saat əvvəl dünyasını dəyişib. O, xərçəng xəstəliyindən bir neçə müddətdir əziyyət çəkirdi. Mərhum doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılacaq. Hazırda dostları Z.Sadatlının Bakıda Qara Qarayevdəki evinə axışırlar.
Qeyd edək ki, fevralın 2-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən“Əfqanıstan uçurumu” adlı kitabı çapdan çıxıb. Yaxın günlərdə kitabın təqdimatı keçiriləcəkdi.
Allah rəhmət eləsin!
Azərbaycanın tanınmış telejurnalisti vəfat etdi
Zakir Saatlı telejurnalist bir neçə saat əvvəl dünyasını dəyişib




Şərhlər