Azərbaycanın bir neçə rayonuna prokuror təyin edilib
19 Fevral 2013 Çərşənbə Axşamı 13:21
Baş Prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb.
Azərbaycanda bir neçə rayona yeni prokuror təyin edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərə əsasən Zərdab rayon prokuroru vəzifəsini icra edən Bəhruz İbrahimov həmin vəzifədən azad edilərək Lerik rayon prokuroru təyin edilib.
Baş prokurorun imzaladığı digər əmrə görə, Zərdab rayon prokuroru vəzifəsi Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Süleyman Süleymanova həvalə edilib.
Bundan əlavə, Fəxrəddin Məmmədov və Allahverdi Novruzov ikinci səlahiyyət müddətlərinə uyğun olaraq , Tovuz və Şəmkir rayon prokuroru vəzifələrinə təyinat alıblar.
DOSTLARINLA PAYLAŞ: