Azərbaycanda tarixi məqalələr toplusu nəşr olunub
23 İyul 2013 Çərşənbə Axşamı 00:37
Nəşr görkəmli maarifçilərin fəaliyyətinə dair məqalələrdən ibarətdir.
Milli Azərbaycan Tarixi Muzeyinin hazırladığı yeni nəşr - “XIX əsr- XX əsrin I yarısı Azərbaycan maarifçiliyi və maarifçiləri” adlı məqalələr toplusu işıq üzü görüb. ANS PRESS Milli Azərbaycan Tarix Muzeyinə istinadən xəbər verir ki, toplu Azərbaycanda maarifin inkişafı, görkəmli maarifçilərin fəaliyyətinə dair məqalələrdən ibarətdir.
Toplunu digər bu mövzuda olan kitab, monoqrafiya və məqalələrdən fərqləndirən cəhət – müəlliflərin iş prosesində Muzeyin zəngin kolleksiyasında qorunan, indiyənədək geniş ictimaiyyətə və elmi dairələrə az məlum olan tarixi materiallardan istifadə etməsidir.
Topluya “Maarif fədaisi Həbib bəy Mahmudbəyov”, “Rəşid bəy Əfəndiyev - maarifçi, yazıçı, pedaqoq”, “Bir daha Mərdəkan bağçılıq məktəbinin tarixi haqqında”, “Azərbaycanda Müqəddəs Nina məktəbinin tarixindən”ş Həmçinin “XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Lənkəran qəzasında maarif işi”, “Azərbaycanda qadın maarifçiliyi tarixindən”, “Füyüzat” jurnalında islami maarifçiliyə baxış”, “Əla şagird olmuş və əla pedaqoq olacaq”, “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif sahəsində tədbirlərinə dair”. Eyni zamanda “Heydər Verdiyev - pedaqoq və məktəb təhsilinin təşkilatçısı”, “Maarifçi və alim Davud Şərifovun portretinə dair bəzi ştrixlər” adlı azərbaycan və rus dillərində məqalələr daxil edilib.
DOSTLARINLA PAYLAŞ: