“VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında iki hərbçi həlak olub. Ölən hərbçilər “N” saylı hərbi hissənin gizirləri – 1976-cı il təvəllüdlü Mərdan Mübariz oğlu Gözəlov və 1978-ci il təvəllüdlü Tural Telman oğlu Həsənovdur. Onların hər ikisi qəza zamanı “VAZ-2106”-da olub. Digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda hərbçilər yol qəzasına düşüb, iki gizir ölüb
Azərbaycanın Füzuli rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Horadiz şəhərində qeydə alınıb.




Şərhlər