Azərbaycanda havanın hərarəti 2-3 dərəcə aşağı düşəcək
09 Avqust 2012 Cümə Axşamı 13:39
Bazar günü bəzi bölgələrdə havanın hərarəti 40 dərəcəyə çatacaq.
Yaxın iki gün ərzində Azərbaycan havalar bir qədər sərinləşəcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, avqustun 10, əsasən də 11-də qısamüddətli şimal-qərb küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu 2-3 dərəcə aşağı enəcək: “Ayın 10-da Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 32-36 dərəcə, avqustun 11-də 30-35 dərəcə isti gözlənilir”.

Azərbaycanın rayonlarında avqustun 10 və 11-də hava əsasən yağmursuz keçəcək. Ayın 10-da Aran rayonlarında havanın temperaturu 33-38, dağlarda 24-29 dərəcə olacaq: “Ayın 11-də də bölgələrdə temperatur 33-38 dərəcə olacaq. Lakin ayın 12-də bəzi yerlərdə 40 dərəcə isti gözlənilir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar