Azərbaycanda güclü zəlzələ oldu
19 Aprel 2013 Cümə 02:32
Yeraltı təkanlar ölkənin müxtəlif bölgələrində hiss edilib.
Bu gecə Azərbaycanda zəlzələ baş verib. ANS PRESS-in AMEA Respublika Seymoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi ilkin məlumata görə, saat 01:38-də Şəki şəhərindən 10 km cənubda 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Tikillərdə dağıntılar yoxdur.

Facebook istifadəçiləri zəlzələnin ölkənin müxtəlif bölgələrində hiss edildiyini yazırlar. Belə məlumatları Mingəçevir, Ağdaş, Ucar, Zaqatala və Balakən rayonlarından olan istifadəçilər yayıblar. Bakının bəzi yerlərində də təkanların hiss edildiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar