Azərbaycanda çağırışçılar üçün inanılmaz yenilik
16 Aprel 2013 Çərşənbə Axşamı 12:26
Çağırışçılar xidmət edəcəkləri hərbi hissə barədə əvvəldən məlumat ala biləcəklər.
Azərbaycanda çağırışçılar xidmət edəcəkləri hərbi hissə barədə əvvəldən məlumat ala bilərlər. APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəsmi internet saytında belə bir məlumat xidməti təqdim edilib.

Vətəndaşlar saytın sual-cavab bölməsinə daxil olaraq, özləri barədə əsas bilgiləri daxil etməklə, elektron müraciət əsasında hansı hərbi hissədə xidmət edəcəklərini öyrənə bilərlər. Məxfilik qorunmaq üçün məlumat çağırışçının elektron poçt ünvanına göndəriləcək.

Sual-cavab xidməti vasitəsi ilə vətəndaşların digər mövzularda sualları da cavablandırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar