Azərbaycanda bir birinin ardınca iki zəlzələ olub
12 Noyabr 2012 Bazar Ertəsi 12:47
Təkanlar Mingəçevir və İsmayıllıda qeydə alınıb
Bu gün Azərbaycan ərazisində iki zəlzələ qeydə alınıb. ANS PRESS-in Seysmoloji Xidmət Mərkəzinə isjtinadla verdiyi məlumata görə, yeraltı təkanlar Minçəçevir və İsmayıllı rayonlarında baş verib.

Maqnitudası 3.40 olan zəlzələ yerli vaxtla saat 11:41-də Mingəçevirdən 27 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər, episentrə yaxın yaşayış məntəqələrində 2 bala qədər hiss olunub. İnsan təlafatı və dağıntılar yoxdur.

Maqnitudası 3.60 olan təkanlar isə yerli vaxtla saat 10:07-də İsmayıllı rayonundan 20 km cənubi-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar