Azərbaycanda 3 milyonluq sığorta
19 Aprel 2013 Cümə 17:39
"Atəşgah"“ Sığorta Qrupu "Atəşgah” od məbədinin sığortası üzrə müqaviləni yeniləyib.
Öz vizyonunda fəaliyyətinin əsas istiqamətlərindən biri kimi mədəni irsin qorunmasını qeyd edən “Atəşgah” Sığorta Qrupu mədəni tarixi abidəni – “Atəşgah” – od məbədinin sığortası üzrə müqaviləni yeniləyib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Abşeron yarımadasının mərkəzində Köhnə Suraxanı qəsəbəsi ərazində yerləşən “Atəşgah” od məbədi “Atəşgah” Sığorta Qrupunun şəxsi vəsaiti hesabına 3 milyon ABŞ dolları məbləğində sığortalanıb. Sığorta müqaviləsinə əsasən burada faydalanan tərəf – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirliyidir.

Məbədin sığortası üzrə şəhadətnaməni “Atəşgah” Sığorta Qrupu adından mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə “Atəşgah Həyat” SŞ-nin İdarə Heyətinin sədri Əkbər Mədətli təqdim edib. Bu 18 aprel tarixində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən "Milli irs mükafatı”nın təqdimat mərasimi çərçivəsində mümkün olub.

“Maliyyə qurumu olaraq, “Atəşgah” SQ hər zaman dövlətimizin mədəni və tarixi dəyərlərinin qorunmasına öz töhfəsini verməyə şaddır ”- deyə Mədətli qeyd edib.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir. 2012-ci ilin nəticələrinə görə, Qrupun sığorta haqları 53,5 milyon manat, ödənişləri isə 13,2 miilyon manat təşkil edib. “Atəşgah” SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar