Azərbaycanda 13 aptek bağlandı
22 Oktyabr 2014 Çərşənbə 13:19
Bu gün ölkədə ümumilikdə 1857 aptek fəaliyyət göstərir.
Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 90 aptekdə yoxlamalar keçirilib. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında deyib ki, bu yoxlamaların 75-i planlı, 15-i isə plandankənar olub.
Pərviz Əzizbəyov qeyd edib ki, yoxlamalar nəticəsində ölkə üzrə 13 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, həmin apteklərlə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə müvafiq cərimə protokolları tərtib edilib.
“Bu gün ölkədə ümumilikdə 1857 aptek fəaliyyət göstərir. Onların yarısı özəl, yarısı dövlət müəssisələridir”, - deyə Pərviz Əzizbəyov bildirib.
DOSTLARINLA PAYLAŞ: