Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövlət başçısı mərkəzdə baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı məlumatlandırılıb. Vəziyyətlə yerində tanış olan prezident İlham Əliyev bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri zamanı yanğın baş verib.
Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzində olub
Dövlət başçısına Heydər Əliyev Mərkəzində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı məlumat verilib.




Şərhlər