Ölkə

Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N“ saylı hərbi hissəsində qeydə alınıb.

· Xəbərçi
Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N“ saylı hərbi hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Bəyov Tayfur Hacıkərim oğlu
hemoqradik vaskulit xəstəliyindən hospitalda dünyasını dəyişib.

T. Bəyovun bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Şərhlər