Azərbaycan ərazisində 42 dərəcə isti olacaq
14 Avqust 2012 Çərşənbə Axşamı 12:00
Bakı və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir.
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 42, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti olacaq.
Avqustun 15-16-da Abşeron yarımadasında günəşli hava şəraitinin davam edəcəyi, zəif cənub küləyinin əsəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: