Azərbaycan Dəmir Yolları QSC sürücülərə xəbərdarlıq edir!
21 Fevral 2013 Cümə Axşamı 11:58
Nadir Əzməmmədov: Bu videoçarxlarda sürücülərə xəbərdarlıq edilir ki, "Yol hərəkəti qaydaları"nın 44-cü maddəsinin tələblərini pozmaq hansı nəticələrə gətirib çıxara bilər.
Azərbaycan ərazisində tez-tez avtonəqliyyat vasitələrinin qatarlarla toqquşması baş verir. Bu cür hadisələr dəmir yolu keçidlərində baş verir. Hadisələr çox vaxt sürücülərin yol hərəkəti qaydalarını pozmaları nəticəsində yaranır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov day.az-a bildirib ki, hazırda ölkə ərzisindəki bütün dəmir yolu keçidləri şlaqbaumla təchiz edilib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı videoçarxlar da hazırlanıb.

"Bu videoçarxlarda sürücülərə xəbərdarlıq edilir ki, "Yol hərəkəti qaydaları"nın 44-cü maddəsinin tələblərini pozmaq hansı nəticələrə gətirib çıxara bilər", - o əlavə edib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar