Ölkə

Azərbaycan Bolqarıstana 200 əsgər göndərir

Bu ölkədə Azərbaycan və ABŞ hərbçiləri birgə təlimlər keçirəcək.

· Xəbərçi
Azərbaycan Bolqarıstana 200 əsgər göndərir
“Sülh naminə tərəfdaşlıq” fərdi tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan və ABŞ hərbçiləri birgə təlimlər keçirəcək. ANS PRESS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən iyulun 15-dən Bolqarıstanın Novo Selo hərbi poliqonunda “Qara Dəniz Rotasiya Qüvvələri 2013” səhra şəraitində taktiki təlim keçiriləcək.

Təlimdə Azərbaycan Silahlı Qüvvələrinin tam təchizatlı 200 nəfərlik qüvvəsinin iştirakı planlaşdırılır.

Hərbi təlim avqustun 4-də başa çatacaq.

Şərhlər