AZAL Pekinə aviareys açdı
12 Aprel 2013 Cümə 17:01
Bakı-Pekin-Bakı istiqamətində aviabiletlərin minimal qiyməti 465 avrodur.
"Azərbaycan Hava Yolları" QSC öz uçuş coğrafiyasını genişləndirmək məqsədilə, mayın 10-dan etibarən Bakı-Pekin-Bakı istiqamətində yeni müntəzəm birbaşa aviareyslərin həyata keçirməsinə başlayır. "Azərbaycan Hava Yolları" QSC-dən ANS PRESS-ə verilən məlumata görə, uçuşlar müasir və komfortlu “Airbus A-340” və “Boeing 767” tipli təyyarələrlə, həftədə iki dəfə - çərşənbə axşamları və cümə günləri həyata keçiriləcək. “Airbus A-340” və “Boeing 767” tipli təyyarələrin alınması AZAL aviaşirkətinə, tarixində ilk dəfə, uzunməsafəli birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaradıbr.

Bakı-Pekin-Bakı istiqamətindəki ekonom sinifli aviabiletlərin minimal qiyməti 465 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC Çinin əməkdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar