Ölkə

AZAL Gence - Naxçıvan aviareysini berpa edir

Uçuşlar yeni “Embraer” tipli teyyareler ile yerine yetirilecek.

· Xəbərçi
AZAL Gence - Naxçıvan aviareysini berpa edir
Avqustun 9-dan etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayacaq.

QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Bakı-Gəncə-Naxçıvan və əks istiqamətə uçuşlar hər həftənin V günləri yerinə yetiriləcək. Bakıdan Gəncəyə bir istiqamətə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan istiqaməti üzrə isə 39 manatdır. Uçuşlar yeni “Embraer” tipli təyyarələr ilə yerinə yetiriləcək.

Qeyd edək ki, bundan öncə AZAL tərəfindən Gəncə-Naxçıvan aviareysi üzrə uçuşları həyata keçirirdi, lakin sonradan sözügedən aviareys ləğv olunmuşdu.

Şərhlər