AZAL Bakı Moskva uçuşlarının sayını artırır
21 May 2014 Çərşənbə 14:58
20 may 2014-cü il tarixindən başlayaraq, Bakı Moskva Bakı istiqamətində gündəlik uçuşları sayı 4-ə çatdırılır.
AZAL Bakı-Moskva və Moskva-Bakı istiqamətindəki uçuşların sayını artırıb.

“Azərbaycan Hava Yolları” QSC-dən ANS PRESS-ə verilən məlumata görə, 20 may 2014-cü il tarixindən başlayaraq, “Azərbaycan Hava Yolları” QSC müntəzəm beynəxalq uçuşlar şəbəkəsini genişləndirir və Bakı-Moskva/Moskva-Bakı istiqamətindəki uçuşların sayını artırır.

20 may 2014-cü il tarixindən başlayaraq, “Azərbaycan Hava Yolları” QSC həftədə iki dəfə (çərşənbə və şənbə günləri) Kazan, Nijni-Novqorod (çərşənbə və şənbə günləri), Perm (çərşənbə axşamı və cümə günləri) və Rostov-na-Donu (çərşənbə axşamı və cümə günləri) yeni uçuşların yerinə yetirilməsinə başlayıb.

Qeyd edək ki, Bakı-Minsk-Bakı istiqamətindəki müntəzəm uçuşlar, Həftərə 2 dəfə tezliklə (çərşənbə və bazar günləri) bərpa olunur. Həmçinin, 20 may 2014-cü il tarixindən başlayaraq, Bakı-Moskva-Bakı istiqamətində gündəlik uçuşları sayı 4-ə çatdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar