Azadlıq meydanında herbi parad keçirilecek
26 İyun 2013 Çərşənbə 04:34
Paradda 5000-dən çox hərbçinin iştirakı nəzərdə tutulur.
Bu gün Bakının Azadlıq meydanında hərbi parar keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə keçiriləcək hərbi paradda 5000-dən çox hərbçinin iştirakı nəzərdə tutulur.

Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verəcək.

Xatırladaq ki, Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar