Azad Rehimov prezidentin sehifesinde cavab verecek
13 Avqust 2013 Çərşənbə Axşamı 17:48
13-20 avqust tarixlərində İlham Əliyevin Facebook səhifəsində gənclər və idman sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallar qəbul olunacaq.
Prezident İlham Əliyevin rəsmi facebook səhifəsində sosial şəbəkə istifadəçilərinə növbəti dəfə müraciət ünvanlanıb. Modern.az-ın məlumatına görə, ölkə başçısının profilindən vətəndaşların suallarını bu dəfə Gənclər və idman naziri Azad Rəhimov cavablandıracaq:
“Hörmətli Facebook istifadəçiləri!
Səhifəmizin növbəti qonağı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbərliyi olacaq.
13-20 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Facebook səhifəsində gənclər və idman sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallar qəbul olunacaq. Sualları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul şəxsləri şərhlər vasitəsi ilə tədricən cavablandırılacaqlar.
İstifadəçilərdən rica olunur ki, səhifədən silinməməsi üçün Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan və təkrarlanan suallarla müraciət etməsinlər”.
DOSTLARINLA PAYLAŞ: