Azad Fikir Universiteti ofisi bağlandı
11 Aprel 2013 Cümə Axşamı 00:46
Prokurorluq əməkdaşları Azad Fikir Universiteti ofisinin qapısını möhürləyiblər.
Azad Fikir Universitetinin (AFU) ofisi bağlanıb. ANS PRESS xəbər verir ki, bu barədə məlumat universitetin Facebook səhifəsində yerləşdirilib. Məlumata görə, ofisin qapısı prokurorluq əməkdaşları tərəfindən möhürlənib.
Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında fəaliyyətində başlayıb. Layihənin məqsədi məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr aparmasıdır.
Layihə OL! Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilir.
Azad Fikir Universiteti indiyədək 200-ə qədər interaktiv mühazirə təşkil edib.
Fəaliyyəti zamanı Azad Fikir Universiteti Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın Bakıda səfirlikləriylə yanaşı Milli Demokratiya Fondu (NDİ), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Demokratiya üçün Milli Dəstək Fondu, Amerika Birləşmiş Ştatları Alman Marşal Fondu ilə tərəfdaşlıq edib.
DOSTLARINLA PAYLAŞ: