Aydın Mirzezade valideynlerinin şeklini paylaşıb
08 Sentyabr 2013 Bazar 18:49
Millet vekili Aydın Mirzezade paylaşdığı statusda nastalji hisslerini yazıb.
Millət vəkili Aydın Mirzəzadə valedeynlərin şəklini “Facebook”da paylaşıb. ANS PRESS-in məlumatına görə, millət vəkili paylaşdığı statusda nastalji hisslərini yazıb: “Atam Böyükkişi, anam Firəngiz. Bu şəkil təqribən 1951-54-cü illərdə hazırlanıb, gözümü açandan evimizdəki " böyük öy"də divardan asılı görmüşəm. Şəkil birgə çəkilməyib, fotoqraf iki şəkli birləşdirib, o dövrlərdə ailələrdə belə birgə şəkillər dəbdə idi. Anam 2006-cı ildə rəhmətə getdi, hələ də yeri görünür. Keçən il kəndə xalamgilə getmişdim, bir cavan qız gördüm, anamın buradakı şəklinə oxşayırdı. Soruşdum, dedilər ki, xalamın qız nəvəsidir. Heç nə demədən xeyli o qızın üzünə baxdım. Bir neçə il əvvəl atamdan icazə alıb şəkli Bakıya, öz evimə gətirdim. Mingəçevirdə mətbəxdən başqa iki otağımız var idi, kənd dili ilə birinə "balaca öy", ikincisinə "böyük öy" deyirdik. İndi Bakıdakı evimin otaqlarının birinə "balaca öy", o birinə isə "böyük öy" deyirik. İstəyirəm ki, ailələrdəki dəyərlər nəsilbənəsil yaşasınlar. Aləmizdəki mühit mənim üçün böyük bir universitet idi, altı uşaqdan beşi ali təhsil aldı. Valideynlərimin 15 nəvəsindən hələki 12-i ali təhsillidir. Mənəviyyat, elmə həvəs, zəhmət, insanlara yaxşılıq bizlər üçün vacib şərtlərdir. ... Bu gecə anam yuxuma girmişdi, bir məsələdən narazı olduğunu bildirdi”.
DOSTLARINLA PAYLAŞ: