Aydın Mirzezade daha bir telebeye teqaüd ayırdı
31 İyul 2013 Çərşənbə 00:31
Verdiyim vədə uyğun olaraq 700 bal toplamış Aytən Paşazadəyə də ali məktəbi bitirənə qədər hər ay 100 manat təqaüd verəcəyəm.
"Ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan üçüncü Mingəçevir abuturiyentinə də hər ay 100 manat təqaüd verəcəyəm". ANS PRESS-in məlumatına görə, bu barədə Facebook səhifəsində millət vəkili Aydın Mirzəzadə yazıb.

"Bu gün IV ixtisas qrupu üzrə 700 bal toplayan iki nəfərin kimliyi məlum oldu. Onlardan biri Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Aytən Paşazadədir. Çox sevindim ki, bu ilki qəbul imtahanlarında ən yüksək bal toplayan 6 nəfərdən 2-si Mingəçevir şəhər məktəblərinin məzunlarıdır. Eşitdiyimə görə 500 baldan çox bal toplayan mingəçevir məzunlarının da sayı keçən ilkindən çoxdur", - deputat yazır.

Mingəçevirdə təhsilə həmişə böyük diqqət olduğunu yazan Mirzəzadə qeyd edib ki, builki göstəricilər isə axırıncı illərdə şəhərdə iki yeni məktəbin istifadəyə verilməsi, bir neçəsinin əsaslı təmirindən sonra təhsilin səviyyəsini daha da yüksəldilməsi nəticəsində mümkün olub.

"Verdiyim vədə uyğun olaraq 700 bal toplamış Aytən Paşazadəyə də ali məktəbi bitirənə qədər hər ay 100 manat təqaüd verəcəyəm. Bu gün gec olduğundan Mingəçevirə zəng edə bilmədim. Sabah Mingəçevir təhsil şəbəsinin müdiri, əməkdar müəllim Sahib Məmmədova, məktəb direktoru Aidə xanıma, yüksək bal toplamış Aytən Paşazadəyə və onun valideynlərinə zəng edib onları təbrik edəcəyəm", millət vəkili əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar